14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
26 Sentyabr 2024 15:59
4 347
Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda məsələyə kompleks yanaşma tətbiq edir.
AYNA-dan “APA-Economics”ə verilən məlumata görə, nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün dayanacaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.
14 İyul 21:57
1 246
14 İyul 20:21
1 078
14 İyul 19:29
1 218