
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.
“APA-Economics” xəbər verir ki, 2024-cü ildə hava limanı 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü illə müqayisədə 31% artım deməkdir. İl ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.
Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24% çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.
Beynəlxalq tanınma
2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub:
Modernizasiya və innovasiyalar
Strateji inkişaf planı çərçivəsində hava limanında mühüm infrastruktur layihələri icra edilib:
Sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat edir.
Ekoloji məsuliyyət
Hava limanı ətraf mühitin qorunması və ekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal iş aparır:
Qeyd edək ki, 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarının təhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də karbon izinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərin tətbiq olunması istiqamətində inkişafını davam etdirəcək.