Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Serbiyanın Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Netanyahu: İsrail İrana və proksilərinə qarşı mübarizəni davam etdirəcək
18 Mart 2025 10:54
3 507
Bərdədə doğuşdan sonra 28 yaşlı ana ölüb, uşaq sağ qalıb.
Hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib.
Belə ki, Bərdə rayon sakini,ş 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə Şakir qızı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ barədə açıqlama verib:
"F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00 da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurulub.
Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır".
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.