Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik Hadisə

Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik

"Bu gün biz korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq".

Bunu BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – GlobE Network VI Plenar iclasının açılışında UNODC-nin Korrupsiya və İqtisadi cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Bricit Strobel-Şou deyib.
O bildirib ki, GlobE Şəbəkəsi çox vacib platformadır: “Korrupsiya sərhəd tanımır, qanunvericilik boşluqlarında gizlənir. Biz korrupsiyaya qarşı mübarizə üçün hər bir şeyi etməliyik. Biz praktiki strategiyaları tətbiq etməliyik. Biz bu tədbirdə etimadı gücləndirəcəyik, effektiv əməkdaşlıqlar quracağıq. Burada həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir”.