“Azərbaycanın strateji əhəmiyyəti artır”
15 Noyabr 11:47
15 Noyabr 11:47
08:38
266
Ağ Ev noyabrın 19-da Şençjendə Rusiya, Çin və ABŞ liderləri – Vladimir Putin, Si Cinpin və Donald Trampın görüşünün keçirilməsi planlarını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin noyabrın 15-də yayılan iş qrafikindən məlum olub.
Qrafikə əsasən, üçtərəfli sammit "Kylin Villa" otel kompleksində baş tutacaq. Danışıqların başlanması saat 09:30-a (Bakı vaxtı ilə 10:30-a) planlaşdırılıb. Ağ Ev qarşıdakı görüşlə bağlı başqa təfərrüatlar açıqlamayıb.
Xatırladaq ki, noyabrın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünün keçirilməsi barədə razılıq əldə olunduğunu bildirmişdi. Noyabrın 16-da isə Çin Xarici İşlər Nazirliyi Si Cinpinin noyabrın 19-da Putin və Trampla üçtərəfli görüş keçirəcəyini təsdiqləyib.
Məryəm Quliyeva