İt kimi qorxurlar Hadisə

İt kimi qorxurlar

Arzu Şirinova

Bəli, it kimi. İt qorxusundan quyruğunu necə bulayırsa, ermənilər də həmin qorxuyla Kəlbəcərə gedən yolları minalamağa qərar veriblər. Qərarın müəllifi müdafiə naziri Seyran Ohanyandı. Səbəbi də budur-bir neçə gün əvvəl Ermənistan Kəlbəcərdə, yəni işğal elədikləri yurd yerimizdə iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yaydı. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş üçüncü şəxsin, Həsən Həsənovun da girovluqda olduğu ehtimal olunur. Ermənistan bütün dünyaya bu məlumatı yenə də ənənəsinə sadiq qalaraq yalan kimi püskürdü. Guya həmin şəxslər Kəlbəcərə diversiya məqsədilə gediblər. Və onları da oraya göndərən ünvan-Azərbaycan Müdafiə Nazirliyidi. Ancaq bizim nazirlik ermənilərin yalanlarını faktla ortaya qoydu və məlum oldu ki, kəlbəcərlilər doğma yerlərinə valideynlərinin, yaxınlarının məzarlarını ziyarət etmək, o yerləri qəribsədikləri üçün gediblər. Fakt budur ki, Dilqəm Əsgərov 1998-ci ildə də Kəlbəcərdə olub və anasının məzarını ziyarat eləyib, hətta şəkil belə çəkdirib.
Ermənilər diversiya məsələsini ortaya atmaqla dünyada Azərbaycanı günahkar duruma salmağa cəhd eləsələr də alınmadı. Əksinə, özləri pis durumda qaldılar. Ermənilərə kimsə haqq qazandırmadı. Və bir kəs də olsun səsini çıxarmadı ki, "düz deyirsən, Azərbaycan vətəndaşlarının Kəlbəcərdə nə işləri var ?" Bunu demək istəyən dövlətlər gərək Azərbaycanın ərazi bütövlüyünü tanımaz olsunlar. Ancaq Ermənistandan başqa elə bir dövlət yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Azərbaycan müstəqilliyini qəbul edən tarixdən-1991-ci il 18 oktyabr-bütün dövlətlər, hazırda ermənilərin işğal altında saxladıqları 20 faiz torpaqlarımız da daxil olmaqla, müstəqilliyimizi və ərazi bütövlüyümüzü tanıdılar. Bu, məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi isə, daha da betərdi. Erməni hakimiyyəti bu olayı qabartmaqla daxildə çaxnaşma yaratdı. Məlum oldu ki, ermənilər həqiqətən də it kimi qorxurlar. O qədər qorxurlar ki, işğal altında saxladıqları Kəlbəcərdən çıxmağı düşünürlər. Bunun da qarşısını almaq üçün Seyran Ohanyan yuxarıda qeyd etdiyim kimi, Kəlbəcərə gedən yolları minalamaq qərarını verib və bunu da baş nazirinə bildirib. Eyni zamanda, Azərbaycanla sərhəd kəndləri silahlandırmaq fikrinə düşüb.
İt qorxaqları ermənilər bilirlər ki, sahibləri-Rusiya arxalarından çəkilsə Azərbaycan cəmi üç günə işğal altındakı torpaqlarını azad edəcək. Əlavə üç gün də lazımdır ki, Azərbaycan Zəngəzurun azadlığını gerçəkləşdirsin. Bunu anladıqları üçündür ki, sahibləri nəyə buyurur, nəyi əmr edir qeyd-şərtsiz razılaşırlar. Bu gün müstəqilliyi Rusiyanın qərarına bağlı olan Ermənistan onu da anlayır ki, Rusira imperiya maraqları xatirinə erməniləri hər an güdaza verər. Elə bu qorxu da onların canına elə hopub ki, bu gün bütün var-yoxlarını minaya verib Azərbaycanla sərhəd hər yerə basdırmağa hazırdılar. Daha anlamırlar ki, ən böyük mina erməni millətidi. Bir gün bezib elə bir partlayış törədəcəklər ki...
P.S.Kəlbəcərlilərin yurd həsrəti mənə o qədər doğmadır, o qədər yaxındır ki... Bu həsrəti hər gün yaşayıram. Və bu həsrəti yaşaya-yaşaya atam bu dünyadan köç edib. Həkimlər bildirdilər ki, atam son günlərini yaşayır. Qərara aldım ki, atama yalan deyəcəm. Deyəcəm ki, Qubadlı azad olunub evimizə gedirik. Qərarımı gerçəkləşdirdim. Atamın solmuş çöhrəsinə sanki gün doğdu, çuxura düşmüş gözlərindəki işığı hələ görmək lazım idi... Neçə illərdir həmin işığı görmək istəyirəm, hər bir məcburi köçkünün, qaçqının gözlərində...
Atamın məndən tək bir xahişi oldu-məni oğlumun yanında, Mahmudlu qəbristanlığında dəfn edərsən. İki gündən sonra dünyasını dəyişdi. O gündən dediyim yalanın yükünü çəkirəm...