Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
13 Aprel 2020 17:17
2 198
Aprelin 13-dən 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.
Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.
İctimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib ki, yeni yaradılan ictimai işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər.
Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün etdiyi müraciətə imtina cavabı verilən şəxslər yerli məşğulluq mərkəzlərinə müraciət etdikdə, onlara yeni açılan iş yerləri barədə məlumat veriləcək.
Xidmət rəsmisi həmin işlərin dezinfeksiya, yaşı 65-dən çox olan ahıllara qulluq və s. ilə bağlı olduğunu söyləyib.
Cəmaləddin Quliyev işə qəbul olunacaq vətəndaşlarla müqavilənin imzalandığını da söyləyib.
15 Noyabr 16:55
1 281
14 Noyabr 19:54
1 757
14 Noyabr 19:10
1 890