“ABŞ kimi bir dövlət özünü Xədicə İsmayılla eyni tərəziyə qoyub” Hadisə

“ABŞ kimi bir dövlət özünü Xədicə İsmayılla eyni tərəziyə qoyub”

Musa Quliyev: "Onlardan Azərbaycana və yaxud digər ölkələrə qarşı istifadə edirlər"

Astan Şahverdiyev: "Burada təəccüblü heç nə yoxdur"

Noyabrın 19-da Azərbaycanla bağlı ABŞ Konqresində dinləmələr keçiriləcək. Dinləmələrdə jurnalist Xədicə İsmayıl da qatılacaq. Bu məlumata YAP-dan sərt münasibət bildirilib.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev hesab edirəm ki, Azərbaycanla bağlı ABŞ Konqresində keçiriləcək dinləmələrdə Xədicə İsmayılın əsas rejissor kimi təmsil olunması Konqres üçün biabırçı hadisədir. YAP rəsmisinin sözlərinə görə, bu hal ABŞ Konqresinin siyasətə, əxlaqa, mənəviyyata münasibətinin göstəricisi olacaq: "Bu, təəccüb doğurmaqla bərabər, həm də çox təəssüf doğurur ki, ABŞ kimi bir dövlət özünü Xədicə İsmayılla eyni tərəziyə qoyub. Çox təəssüf ki, ABŞ Konqresində erməni lobbisinə xidmət edən qüvvələr var ki, onlar Azərbaycana yol tapa bilirlər, Xədicə İsmayıl kimi insanları ortaya çıxarıb, yetişdirirlər. Heç kimə sirr deyil ki, bu gün də onlardan Azərbaycana və yaxud digər ölkələrə qarşı istifadə edirlər. Amma hər halda, bunun heç bir ictimai-siyasi ciddi əhəmiyyəti yoxdur. Ola bilsin ki, ABŞ-da X. İsmayılın kim olduğunu bilmirlər və bunun mahiyyətinə bələd deyillər. Bütün hallarda Azərbaycan cəmiyyəti bu məsələlərə çox ciddi fikir verməlidir".
Millət vəkili Astan Şahverdiyev bildirib ki, Azərbaycandakı durumu haqlı-haqsız yerə tənqid etmək, ölkəmizdəki siyasi vəziyyətlə bağlı qərəzli tədbirlər keçirmək ABŞ üçün bir adət halını alıb: "Güman ki, bu dəfə də belə olacaq və burada təəccüblü heç nə yoxdur".
Astan Şahverdiyev qeyd edib ki, bu dinləmələri elə də ciddiyə almaq lazım deyil: "Əgər o dinləmələrdə Xədicə İsmayıl iştirak edəcəksə, artıq o tədbirin mahiyyəti bəllidir. Orada heç bir obyektivlikdən, düzgünlükdən, vicdanlı müzakirələrdən söhbət gedə bilməz. Söhbət yenə də qısqanclıqdan, düşmənçilikdən, xarici havadarlarının quluna çevrilməkdən gedir".

Əli