26 Dekabr 21:04
26 Dekabr 20:22
4 May 2021 14:12
2 191
Bayram günləri ilə əlaqədar olaraq “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) tərəfindən təqdim olunan kommersiya televiziya paketi açıq yayımlanacaq.
“Teleradio”dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin Gəncə, Quba və Lənkəran Radio-Televiziya Yayım Stansiyalarından çoxproqramlı (82 xarici TV proqram) TV yayım 9-20 may tarixlərində açıq (kodsuz) yayımlanacaq.
Qeyd edək ki, hazırda bölgələrdə kommersiya yayımına qoşulmaq imkanı qeyd olunan şəhər və rayonlardan başqa, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və s.) mümkündür. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 manat təşkil edir.
10:14
938
26 Dekabr 21:03
1 246
26 Dekabr 20:09
2 121