Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
29 İyul 2021 14:37
1 750
Əvvəllər kütləvi informasiya vasitələrində və sosial media səhifələrində xəbər verildiyi kimi, 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılmış və onun səhhətinin normal olması müəyyən edilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilmiş, sonuncu ilə profilaktik söhbətlər aparılmış, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.
27 Mart 17:38
917
27 Mart 16:54
1 036
27 Mart 15:19
973