9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
8 Oktyabr 2021 15:09
2 758
Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.