25 Oktyabr 2021 13:45
2 289
COVID-19 pasportu olmayan şəxs Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) yaradılmış stasionar məntəqədə vaksin olunaraq bilet ala bilər.
Bunu Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
N.Allahyarova qeyd edib ki, hazırda Bakıda və regionlarda avtovağzallarda COVID-19 pasportu olmayan vətəndaşlara bilet satılmır:
“Ümumilikdə COVID-19 pasportu olmadan bilet almaq üçün müraciət edənlərin sayı çox azdır. Vətəndaşlar məsələ barəsində məlumatlıdırlar və ona görə də pasportu olmayıb bilet almağa gələnlərın sayı minimum səviyyədədir.
Pasportu olmayanlar BBAK-da TƏBİB-in təşkil etdiyi xüsusi stasionar məntəqədə vaksinasiya olunub bilet ala bilərlər. Vətəndaşlar üçün bu şərait də təmin olunub”.
10:14
1 190
26 Dekabr 21:03
1 407
26 Dekabr 20:09
2 478