9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
28 Yanvar 2022 13:36
3 276
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.
O qeyd edib ki, minaaxtaranlar üçün sahə düşərgəsinin yaradılmasının əsas məqsədi Ağdam rayonunda minatəmizləmə işlərinin sürətləndirilməsi və daha da genişləndirilməsi, bu işlərə cəlb olunan şəxsi heyətin sayının artırılması və şəxsi heyətin iş yerindən uzaq olmayan məsafədə fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. Şəxsi heyət üçün düşərgədə bütün lazımı şərait yaradılıb.
“Keçən il ümumilikdə 95 layihə icra edilib. Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması, ərazilərin, xüsusilə kənd təsərrüfatı ərazilərinin və sənayə parkları üçün nəzərdə tutulan ərazilərin iqtisadi dövriyyəyə buraxılmasıdır. Eyni zamanda artıq vətəndaşların bu ərazilərə qayıtması üçün yaşayış məntəqələrinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün müvafiq əlverişli şəraitin yaradılmasından ibarət layihələr olub. Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.