
Belçika F-16-ları Ukraynaya təhvil verəcək
26 Avqust 20:14
26 Avqust 20:14
26 Avqust 19:15
26 Avqust 18:58
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti ilə bağlı agentliyin yanında fəaliyyət göstərən Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib.
ARKA-dən Xalqcebhesi.az-a bildirilib ki, görüşdə müsabiqənin mövzuları, iştirak şərtləri, seçim mərhələləri və ümumilikdə müsabiqənin reqlamenti müzakirə olunub. Bədii şura üzvləri tərəfindən müsabiqə ilə bağlı təkliflər irəli sürülüb. Həmin təklif və qeydlər nəzərə alınmaqla reqlamentin hazırlanmasına qərar verilib.
Onu da qeyd edək ki, “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin məqsədi kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunmasıdır. Eyni zamanda, bu sahədəki özəl sektorun da dəstəklənməsi məqsədi daşıyan müsabiqə bədii, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri kimi istiqamətləri əhatə edir.
Xatırladaq ki, “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi bu ilin mart ayında Mədəniyyət Nazirliyi ilə ARKA tərəfindən elan olunub.