Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək Mədəniyyət

Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək

Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.
Konsert proqramında xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova, tanınmış müğənnilər Nadir Qafarzadə, İzzət Bağırov, Könül Kərimova, Elton Hüseynəliyev, Orxan Cəlil, Nigar Cəlilova, Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Zamiq Hüseynov, Pərviz Qasımov, Nicat Cəfərzadə, Səbinə Ərəbli, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Kamilə Nəbiyeva, Fuad Musayev, Ayşən Mehdiyeva, Rövşən Əziz, Səbinə Babayeva, Aqşin Abdullayev və Sərxan Bünyadzadə iştirak edəcəklər.
Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə "Azərbaycanım mənim", "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Qonşu qız", "Azərbaycan oğluyam", "Qəşəngdir" kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.