9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
4 Fevral 2025 12:05
8 736
“Hansısa bir ölkənin daxili işlərinə qarışmaq sonra mənfi nəticələrə gətirib çıxarır. ABŞ USAID proqramı yolu ilə müxtəlif dövlətlərin daxili işlərinə qarışırdı. Düzdür, maarifçilik və digər istiqamətlərdə müəyyən proqramları da vardı. Amma əsas istiqamət ona yönəlirdi ki, ABŞ dövlətinin siyasəti USAID vasitəsilə bu ölkələrdə təbliğ olunsun”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu söyləyib.
E.Şahinoğlu əlavə edib ki, bəzən rəngli inqilablarda da USAID-in mənfi rolu özünü biruzə verirdi: “Ona görə də bir çox ölkələrdə USAID-in fəaliyyəti ya qadağan olundu, bağlandı, ya da fəaliyyəti minimuma endirildi. Artıq ABŞ-nin yeni administrasiyası bu qərara gəldi ki, USAID-in fəaliyyətini bu şərtlər altında davam etdirməsi məqsədəuyğun deyil. Yəqin ki, USAID başqa adda fəaliyyət göstərəcək, ya da ümumiyyətlə, fəaliyyət göstərməyəcək. Ancaq onun bir çox ölkəyə heç bir faydası olmadı. Bundan sonra da USAID başqa formada, lakin eyni istiqamətdə fəaliyyət göstərsə, faydası olmayacaq. Əlbəttə, mədəni, humanitar əlaqələr lazımdır. Azərbaycanın özü də bu sahədə fəal siyasət yürüdür, müxtəlif ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir. Azərbaycan mədəni və humanitar əlaqələrə güclü əhəmiyyət verir. Lakin Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də USAID bütün bu qaydaları pozduğuna görə ABŞ-nin yeni administrasiyası onun fəaliyyətini dayandırmaq qərarı verdi”.
Röya İsrafilova
11:29
658
10:43
665
9 Sentyabr 23:45
819