Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
Dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
20 Fevral 12:04
8 428
“2008-ci il Gürcüstanla avqust müharibəsindən sonra yeni seçilən Obama administrasiyası Rusiya ilə məşhur "yenidən başlama" siyasətini başlatdı. Bu siyasətin əleyhinə o zamankı köhnə qvardiya respublikaçılar Makkeyngil çıxırdılar”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu analitik Fuad Çıraqov deyib.
Ekspert bildirib ki, bu siyasətin bütövlükdə Şərqi Avropaya təsirləri haqqında mən də ötən 15 ildə dəfələrlə yazmışam: “Obama və demokratlar bu siyasətdən peşman oldular, səhv etdiklərini yalnız 2014-cü ilin sonunda başa düşdülər. İndi sanki rollar dəyişib, bu dəfə respublikaçılar Rusiya ilə "yenidən başlamağa" çalışır. Təbii ki, bu dəfə motivlər və beynəlxalq kontekst fərqlidir. Ümumiyyətlə dünya tamam fərqlidir, bir daha əvvəlki kimi olmayacaq. Digər tərəfdən bu hələ gələcək konsertlərin giriş notlarıdır. Görək bunun adını nə qoyacaqlar, 2-ci yenidən başlama (Second Reset) tam yerinə düşür...”.