SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
10 Fevral 20:45
3 997
“Dünyada baş verən hadisələr yeni dünya düzəninin və siyasi konteqrafiyanın formalaşması prosesini göstərir”.
Bunu deputat Vüqar İsgəndərov “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, İrana qarşı ABŞ və İsrailin sərt tələbləri əvvəldən göstərirdi ki, Tehran bütün bu şərtləri qəbul edə bilməz və buna etirazını bildirməlidir:
“Diplomatik kanallar hələ açıqdır və hər iki tərəf konkret mövzular üzrə dialoqu davam etdirir. İran nüvə proqramı ilə bağlı razılığa gəlsə belə, digər tələblərə qarşı öz şərtlərini qorumağa çalışacaq. Ən ağır şərtlərdən biri zənginləşdirmə məsələsidir. Əgər Tehran bunları qəbul etsəydi, regiondakı təsiri ciddi şəkildə azalar və bu ölkə üçün qəbuledilməz olardı.ABŞ və İran bəyanatlarında ziddiyyətlər olsa da, hər iki tərəf hələlik hərbi qarşıdurmanı istisna edir.İran xarici işlər nazirinin açıqlamaları qapının hələ də açıq olduğunu göstərir. Eyni zamanda ABŞ-ın tətbiq etdiyi təzyiqlər, ağır silahlar və hərbi hazırlıq prosesi İrana yönəlmiş təzyiqlərin davam etdiyini göstərir. Tehran isə bu gərginliyi mərhələli şəkildə idarə edir. Hazırkı mərhələ mürəkkəbdir və hələlik tam aydın deyil, növbəti danışıqlar prosesində isə konkret addımlar və bəyanatlar müəyyənləşəcək”.
V. İsgəndərov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin İran rəhbərliyi ilə apardığı telefon danışığı ölkəmizin sülhsevər mövqeyini bir daha nümayiş etdirir:
“Bu addım Azərbaycanın regionda sabitliyi dəstəkləyən və dialoqa üstünlük verən dövlət olduğunu göstərir”.
Günel Elxan
3 Aprel 17:30
1 232
3 Aprel 17:02
1 610
3 Aprel 15:34
1 603