29 Avqust 11:17
28 Avqust 14:41
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
7 May 12:23
2 198
“İranın Şimali İraq kürd administrasiyası ərazisində yerləşən kürd separatçılarına məxsus bazaları vurması ciddi eskalasiyaya səbəb olmayacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu bildirib.
Araşdırmaçı diqqətə çatdırıb ki, İran vaxtaşırı olaraq kürd muxtariyyəti ərazisindəki İran separatçı kürd təşkilatlarını vurur: “Bundan əvvəl 2022-ci ildə İran ordusu muxtariyyət ərazisini bombalamışdı. Tehran İraq ərazisində mənzillənən kürd separatçı təşkilatlarını İran ərazisinə vaxtaşırı silahlı hücumlar təşkil etməkdə və hökumət əleyhinə aksiyalar təşkil etməkdə ittiham edir. Hətta bununla bağlı bir neçə dəfə Bağdad və Ərbilə nota verilib, xəbərdarlıq edilib”.
K.Rövşənoğlu əlavə edib ki, sonuncu 40 günlük müharibə dövründə də İran muxtariyyət ərazisindəki kürd bazaları və ABŞ hərbi bazalarını vururdu: “Ancaq bunun hər hansı geniş qarşıdurmaya və münaqişəyə səbəb olacağını gözləmirəm. Çünki əvvələ, ittiham konkretdir, hədəfə alınan İran kürd partiyalarıdır. İkincisi də indiki vaxtda kürd muxtariyyətinin İrana qarşı müharibə etmə ehtimalı azdır. Buna risk etməzlər”.
Röya İsrafilova
29 Avqust 11:24
1 519
29 Avqust 11:17
1 568
28 Avqust 17:35
1 617