Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
22 İyun 2022 10:56
5 005
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 121,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,78 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.