Paşinyan və Pezeşkiyan Nyu-Yorkda görüşüb Dünya

Paşinyan və Pezeşkiyan Nyu-Yorkda görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkiyan BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə ikitərəfli ticarət-iqtisadi əlaqələri və onların genişləndirilməsinə yönəlmiş addımları müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanın Baş naziri məmnunluqla qeyd edib ki, Ermənistan və İran arasında əməkdaşlıq uğurla inkişaf edir, müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir. Paşinyan və Pezeşkiyan ikitərəfli ticarət-iqtisadi münasibətləri və onların genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Tərəflər regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə də toxunulub.

Məryəm Quliyeva