Kiyev nümayəndə heyəti Uitkoff və Kuşnerlə danışıqlar aparıb Dünya

Kiyev nümayəndə heyəti Uitkoff və Kuşnerlə danışıqlar aparıb

Ukrayna nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məlumat yayıb.

O bildirib ki, danışıqlar onun Trampla görüşündən sonra baş tutub. "Bizim danışıqlar qrupu ilə prezident Trampın danışıqlar qrupu arasında görüş oldu. Prezident Trampla müəyyənləşdirdiyimiz bütün məsələlər ətrafında danışdıq", - deyə o, jurnalistlərə bildirib. Müvafiq videoçarx Ukraynanın "Novosti Live" nəşri tərəfindən dərc olunub.

Onun iddiasına görə, Amerika komandası Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün "bir neçə həftə vaxt alır".

Məryəm Quliyeva