27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
1 İyul 2022 11:04
5 761
""Məktəb psixoloqunun stolüstü kitabı"nın nəşri və sözügedən mövzu məktəblərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi və fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusi aktualdır".
"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbeyli "Məktəb psixoloqunun stolüstü kitabı" nəşrinin təqdimatı zamanı bildirib.
"Biz bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşqul olan hər kəs faydalana bilsin", - Bəxtiyar Aslanbeyli qeyd edib.
Qeyd edək ki, bu layihə BP-nin Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Layihənin ümumi dəyəri təxminən 54 000 manatdır.
Tədbir zamanı vurğulanıb ki, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP və tərəfdaşları ölkədəki sosial sərmayə layihələrinə, təxminən 101 mln. ABŞ dolları vəsait xərcləyib.
27 Dekabr 17:01
1 050
27 Dekabr 10:17
1 253
27 Dekabr 10:16
1 218