9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
11 Oktyabr 2022 16:24
5 124
Azərbaycanda sahibkarlıqla bağlı yeni hazırlanmış qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün iclasında müzakirəyə çıxarılıb.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.
Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.
Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda təsdiq edilib.