“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
11 Aprel 2024 14:06
5 481
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Fransaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz azalaraq, 242,4 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin mart ayında Türkiyə Fransaya 77,8 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 23,6 faiz azdır”, - deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyon dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
13 Dekabr 15:15
1 379
12 Dekabr 16:29
1 918
12 Dekabr 16:27
1 932