Qarabağda bərpa olunan irs: Azərbaycanın multikultural siyasəti dünya üçün nümunədir
Qida təhlükəsizliyində yeni dövr: rəqəmsal izləmə, beynəlxalq standartlar və sərt nəzarət
Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb
Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar
BRICS sammiti: İnkişaf etməkdə olan iqtisadiyyatlar alternativ qlobal çərçivələr axtarışındadır
22 Yanvar 2025 15:49
3 346
Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdiriləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarət olub. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA