Türkiyə Azərbaycandan 745 milyon kubmetrdən çox təbii qaz alıb İqtisadiyyat

Türkiyə Azərbaycandan 745 milyon kubmetrdən çox təbii qaz alıb

Türkiyə ötən ilin noyabr ayında Azərbaycandan 745 milyon kubmetrdən çox təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, noyabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 170 milyon kubmetrdən çox artıb. Noyabrda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiya (2 milyard kubmetr) və İrandan (839 milyon kubmetr) sonra üçüncü olub.
Ötən ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda 636 milyon kubmetr, sentyabrda 749 milyon kubmetr, oktyabrda 771 milyon kubmetr, noyabrda isə 745 milyon kubmetr qaz idxal edib. Beləliklə keçən ilin 11 ayında Azərbaycandan Türkiyəyə təqribən 6 milyard 688 milyon kubmetr qaz göndərilib.