BP son 10 ildə ilk dəfə zərərlə qarşılaşıb İqtisadiyyat

BP son 10 ildə ilk dəfə zərərlə qarşılaşıb

2020-ci ilin yekunlarına əsasən, BP son 10 ildə ilk dəfə olaraq ili zərərlə başa vurub. Enerji sektorunun nəhənginin zərəri ötən il 5,69 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumat görə, zərərin əsas səbəblərində biri kimi, COVID-19 pandemiyası və şirkətin II rübdə 6,5 mlrd. dollar dəyərində xam neft və qaz aktivlərinin silməsi göstərilir.

Təkcə 2020-ci ilin IV rübündə BP-nin xalis zərəri 115 mln. dollara bərabər olub ki, bunun da əsas drayverləri enerji resurslarına zəif tələbat və bunun nəticəsi olaraq aşağı yanacaq və qaz satışları olub.
Qeyd edək ki, 2019-cu ili BP 10 mlrd. dollar məbləğində mənfəətlə başa vurmuşdu.