Azərbaycan qazı İtaliyanın yanacağı digər mənbələrdən tədarükünə təsir edə bilər İqtisadiyyat

Azərbaycan qazı İtaliyanın yanacağı digər mənbələrdən tədarükünə təsir edə bilər

Bazarın yeni boru kəməri mənbəyinə (Azərbaycan qazı – red.) uyğunlaşmasınadək İtaliyaya qazın digər mənbələrdən tədarükündə dalğalanmalar ola bilər.

Bu barədə "APA-Economics" Rusiyanın "Qazprom" şirkətinin hesabatına istinadən xəbər verir.

Hesabata görə, dalğalanmalar Trand-Adriatik qaz kəməri (TAP) ilə Yunanıstanla İtaliya sərhədində qaz tədarükü həcmlərinin layihə gücünə (ildə 8 mlrd kubmetr) çıxanadək (2021-ci ilin I-II rübləri) müşahidə edilə bilər.

Qeyd edək ki, İtaliya Avropanın ən böyük qaz idxalçısıdır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.