“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
3 Dekabr 2021 15:03
4 242
"OPEC+"un neft hasilatını artırmaq qərarı xammalın qiymətinin azalması riskini yüksəldir.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Capital Economics" konsaltinq şirkətinin hesabatında deyilir.
Qeyd edək ki, OPEC+ ölkələrinin 23-cü nazirlər iclasında neft hasilatının yanvar ayından etibarən 400 min barel/sutka artırmaq barədə qərar qəbul edilib.
"Bu xəbər koronavirusun "omikron" ştammının xammala tələblə bağlı qeyri-müəyyənliyi artırması fonunda neft qiymətlərinə onsuz da yüksək olan təzyiqi daha da gücləndirir. Biz hesab edirik ki, ABŞ-ın neft ehtiyatlarını satışa çıxarması barədə qərarı "OPEC+"un hasilatı artırmaqla bağlı planlarını işə salmaqda əsas səbəblərdən biri oldu. OPEC+ iri neft istehlakçıları tərəfindən növbəti addımları tətikləmək istəmədiyi üçün bu addımı ata bilər. Amma etiraf etmək lazımdır ki, yeni ştamm barədə xəbərlərin yayılmasından sonra qiymətlərin kəskin azalmasını nəzərə alsaq, "OPEC+"un bu qərarı bir qədər gözlənilməzdir", - hesabatda qeyd olunur.
13 Dekabr 15:15
1 288
12 Dekabr 16:29
1 848
12 Dekabr 16:27
1 855