“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
18 Aprel 2022 13:25
5 516
Qırğızıstan prezidenti Sadır Japarov aprelin 19-20-də Azərbaycana rəsmi səfər edəcək.
Trend bu barədə Kabar agentliyinə istinadən məlumat verir.
S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə ikitərəfli görüş keçirəcək.
Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə məlumatlar təqdim olunacaq.
Səfər Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25 illiyi ərəfəsində baş tutacaq.
Səfər çərçivəsində bir sıra sənədlərin, xüsusilə Strateji tərəfdaşlıq barədə bəyannamə, Dövlətlərarası şuranın yaradılması barədə memorandum, eləcə də hər iki ölkənin maraqlarına cavab verən hökumətlərarası və qurumlararası sazişlərin imzalanması planlaşdırılır.
20 Mart 19:24
3 346
20 Mart 09:57
1 519
20 Mart 09:51
1 372