Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən verilən məlumata görə, XİN başçıları ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.