"Lazım olsa, Rusiya özü Ermənistanı cəzalandırar" Siyasət

"Lazım olsa, Rusiya özü Ermənistanı cəzalandırar"

Rusiyanın Ermənistanın şıltaqlıqlarına kəskin reaksiya verəcəyi və onu cəzalandırmaq üçün Azərbaycana da müəyyən yaşıl işıq yandıracağı daxil, müxtəlif yollara baş vuracağını gözləmək yanlış olar. Aİ-nın Ermənistana iki illiyə mülki monitorinq qrupu göndərməsi Rusiya ilə gərginliyin yaranması, Ermənistanın KTMT-dən çıxması və Rusiya hərbi bazasının çıxarılması ilə əlaqəli planlarının olması barəsindəki müxtəlif fikirlər, bizdə bir sıra doğru hesab edilməyəcək nəticələr ortaya çıxarır.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.

Ermənistana bir neçə yüz, hətta bir neçə min Aİ, yəni NATO müşahidəçisinin gəlməsi belə Rusiya üçün təhlükəli deyil. Amerika səfirliyində illərdir təxminən 2min əməkdaşın çalışdığı deyilir rəsmi olaraq, bu, məgər, Rusiyanı qorxudub ki, indi bir neçə min də gələndə bundan qorxsun:

"Biz hesab etsək ki, qeyd edilənlər doğru məntiqdir, yanılarıq. Rusiya heç bir halda Azərbaycana Ermənistanı tam əzməyə imkan verməz. Lazım olsa, Rusiya özü Ermənistanı cəzalandırar, amma onu bizim qarşımıza atmaz ki, biz, istədiyimizi edək. Bura Zəngəzur dəhlizinin zorla açılması və həmin ərazilərdə digər fəaliyyətlər həyata keçirməyə kimi müxtəlif fikirlər daxildir. Rusiya üçün güclü və sərbəst Azərbaycan lazım deyil. Ukraynada Rusiya elə bunun savaşını aparır. Dostluq, tərəfdaşlıq, hətta qardaşlıq bir yerə qədər. Ondan sonrası artıq geosiyasətdir, Rusiyanın maraqlarıdır. İran da eyni ilə, hətta Rusiyadan daha çox".

Cavid