"1918-ci ildəki soyqırımından 70 il keçdikdən sonra..." Siyasət

"1918-ci ildəki soyqırımından 70 il keçdikdən sonra..."

Sahib Alıyev: "Haylar azərbaycanlılara qarşı yeni vəhşiliklərə başlamaqla dəyişmədiklərini göstərdilər"

"1918-ci ildəki soyqırımından 70 il keçdikdən sonra, haylar azərbaycanlılara qarşı yeni vəhşiliklərə başlamaqla dəyişmədiklərini göstərdilər". Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Ona görə bunu bacardılar ki, biz də dəyişməmişdik, on minlərlə soydaşımızı necə qətlə yetirdiklərini, topa tutulan Təzə Pir, yandırılan İsmailiyyə başda olmaqla məscidlərimizi, tarixi abidələrimizi, evlərimizi dağıtdıqlarını, etdikləri başqa rəzillikləri unutmuşduq. Xatırlatdılar!
Bir də belə faciələrlə üzləşmək istəmiriksə, bizə düşməncəsinə yanaşanların etdiklərini və kimliklərini heç vaxt unutmamalı, onlardan hər baxımdan o dərəcədə güclü olmalıyıq ki, necə dəhşətli cavab alacaqlarını anlayıb yenidən baş qaldırmasınalar.
Aydındır ki, biz onlara özləri etdikləri sayaq cavab verməmişik və bunu heç vaxt özümüzə sığışdırmarıq. İkinci Qarabağ savaşı da göstərdi ki, düşmənin bizə qarşı etdiyi vəhşiliklərin intiqamını almağın də elə ən doğru yolu ondan hər baxımdan üstün və güclü olmaqdır. Və təbii ki, keçmişdə yaşadıqlarımızı, yaşatdıqlarını unutmamaqdır. Ancaq belədə şəhidlərimizin ruhu şad ola bilər, necəki şaddır".

Əli