Bir neçə hərbçiyə “general-mayor” rütbəsi verildi - SİYAHI Siyasət

Bir neçə hərbçiyə “general-mayor” rütbəsi verildi - SİYAHI

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Elmir Zülfüqar oğlu İbrahimova

polkovnik Arif Həsən oğlu Həsənova

polkovnik İslam Şixzadə oğlu Əmirağayevə

polkovnik Bilal İsmayıl oğlu Çompuzova

polkovnik İlqar Saab oğlu Qafarova.