“Türkiyə və İranla viza rejimini aradan qaldıraq” Siyasət

“Türkiyə və İranla viza rejimini aradan qaldıraq”

Qüdrət Həsənquliyev: "Bu həm də ədalətli olar"


"Azərbaycan dövləti öz qonşuları ilə yaxın qonşuluq münasibətlərini inkişaf etdirir. Bu çox əhəmiyyətlidir və biz bunu təqdir edirik". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləındirib. O əlavə edib ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır: "Mən dəfələrlə parlamentin iclaslarında məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq. Haqqın.az saytında bir yazı oxudum. Orada Türkyənin hansısa bir əhəmiyyətsiz saytına istinad edilərək deyilir ki, Türkiyədə müəyyən adamlar Türkiyə-Azərbaycan arasında olan dostluq münasibətləri haqqında fikirlərimizə görə, bizə rişxənd edirlər. Niyə Türkiyə hətta İraqla da viza rejimini aradan qaldırır, amma Azərbaycan hələ də Türkiyə ilə münasibətlərdə viza rejimini aradan qaldırmır? Ona görə də bu cür kimə xidmət etdiyi bəlli olmayan saytların bizim dostluğumuza, qardaşlığımıza xələl gətirməsinə imkan verməmək üçün bu addımı atmalıyıq. Bu həm də ədalətli olar. Bizim qonşu dövlətlər - Rusiya və Gürcüstanla artıq vizasız gediş gəlişimiz var. Yaxşı olar ki, digər qonşularımız Türkiyə və İranla da viza rejimini aradan qaldıraq. Ona görə də xahiş edirəm ki, hökumt bu məsələyə bir daha diqqət yetirsin".
Millət vəkili həmçinin KİV-lə bağlı məsələdən də danışıb. Qüdrət Həsənquliyev əlavə edib ki, əməliyyatın keçirdiyi yerdəki hadisələr barədə əməliyyatı keçirıən orqan tərəfindən mütəmadi olaraq jurnalistlərə məlumat verilməlidir. Onun fikrincə, jurnalistlərin də hüquqları var ki, sərbəst şəkildə informasiya toplasın: "Tutaq ki, əmliyyatı keçirən orqan, məsələn əməliyyata rəıhbərlik edən şəxs, kütləvi şəkildə insan hüquqlarını pozur, aşırı güc tətbiq edir və.s. Jurnalistlərin borcudur ki, bu barədə araşdırma da aparıs, ictimaiyyəti də məlumatlandırsın. Ona görə də düşünürəm ki, bu məsələlərlə bağlı hansısa formada geniş şərhlər verilməlidir. Yaxud ola bilər ki, Konstitusiya Məhkəməsi bu normanın tətbiqi ilə bağlı ayrıca qərar qəbul eləsin. Hər halda narahatlığımı digər deputat həmkarlarımla bölüşürəm ki, bu jurnalistlərin sərbəst informasiya toplamaq hüquququnu məhdudlaşdırmamalıdır".
O, həmçinin "bundan başqa mühüm bir məsələ də məni narahat edir. Biz "Telekommunikasiya haqqında" qanunun 16-cı maddəsinə dəyişiklik edəcəyik", - deyə əlavə edib: "Son zamanlar şəxsən mən özüm müşahidə etmişəm, yanımda olan insanlara, hətta ailə üzvlərimizin bəzilərinə xaricdən zənglər gəlir, amma Azərbaycan nömrəsi yazılır. Təkrar həmin nömrəni yığırsan, bildirilir ki, belə bir nömrə yoxdur. Mən bilmirəm bu hansı məqsədlər üçün edilir. Hər halda Dövlət Təhlüksəzilik Xidməti və bizim komitə də bunu nəzarətdə saxlamalıdır və bunun hansı məqsədlər üşçün edildiyi araşdırılmalıdır. Bu birbaşa dövlətin təhlükəsizliyi ilə bağlıdır. Biz, dini ekstremizmdən danışırıq, müharibə vəziyyətində olan ölkəyik, bilirik ki Azərbaycanda xarici kəşfiyyat orqanları işləyir. Ona görə də düşünürəm ki, bu məsələnin ciddi şəkildə araşdrılmasına ehtiyac var".