“Vətəndaş məmnunluğu dövlət idarəetməsinin mühüm hissəsidir” Siyasət

“Vətəndaş məmnunluğu dövlət idarəetməsinin mühüm hissəsidir”

“Dövlət xidmətlərinin vahid platformadan təqdim olunması ilə həm ictimai olaraq müraciətlər mərkəzləşdirilir, həm onlara adekvat cavab verilir. Həmçinin vətəndaş məmnunluğu dövlət idarəetməsinin mühüm bir hissəsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ə.Əlibəyli əlavə edib ki, bu zaman həm də dövlətin özü informasiya axınına mərkəzləşdirilmiş qaydada nəzarət edə bilir: “Onu da vurğulamaq lazımdır ki, Rəqəmsal İnkişaf Şurası çərçivəsində ayrı-ayrı qurumlardan gələn şikayətlərə də mərkəzləşmiş qaydada diqqət yetirmək, nəzarət etmək mümkün olacaq”.

Röya İsrafilova