“Döyüş əməliyyatları hər an başlaya bilər” Siyasət

“Döyüş əməliyyatları hər an başlaya bilər”

Ermənistan tərəfi Azərbaycan ordusunun keçirdiyi təlimlərə görə panikaya düşüb.
Bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bəyanatında bildirib.
O, həmçinin hər an başlaya biləcək müharibə təhlükəsindən danışaraq, bunun olmaması üçün siyasi çıxış yollarının tapılmasının vacibliyini vurğulayıb.
"Öz siyasi həllini tapmayanadək, hərbi əməliyyatların başlaması təhlükəsi hər zaman var. Bu təhlükənin reallaşmaması üçün siyasi həll yolunu tapmaq lazımdır" – deyə Davtyan ölkəsinin qorxduğunu belə ört-basdır etməyə çalışıb.
Davtyan Azərbaycanın keçirdiyi təlimlərə cavab olaraq Ermənistan tərəfinin öz müdafiə qabiliyyətini artırdığını diqqətə çatdırıb.
O, Azərbaycan tərəfinin döyüş əməliyyatlarını hər an başlaya biləcəyinə diqqət çəkib. Lakin burada da panikaya düşməməyin vacibliyini vurğulayıb.