İlham Əliyev Obamanı təbrik edib Siyasət

İlham Əliyev Obamanı təbrik edib

"Biz Azərbaycan Respublikası ilə ABŞ arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk"

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb
Təbrikdə deyilir: "Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçmiş, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir. İlham Əliyev eyni zamanda, xalqımızın uzun müddətdən bəri həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın səylərinə böyük ümidlər bəslədiyini vurğulayıb.