Asəf Hacıyev İrəvanda mesaj verdi Siyasət

Asəf Hacıyev İrəvanda mesaj verdi

"Münaqişələr əməkdaşlığa mane olur"

Münaqişələr Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) potensialından tam həcmdə istifadə edilməsinə mane olur.
Bunu QİƏT Parlament Assambleyasının bu gün İrəvanda keçirilən 52-ci iclasında Assambleyanın baş katibi Asəf Hacıyev çıxışında deyib.
Hacıyev vurğulayıb ki, əsrin dörddə biri ərzində QİƏT regionunda əməkdaşlıq və bir çox sahələrdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üzrə təşkilatın böyük təcrübə yığmasına imkan verib. Kənd təsərrüfatı, nəqliyyat və turizm sahəsində əməkdaşlıq təşkilatın əsas prioritetləri sırasındadır.
"Bu, şərqlə qərb arasında böyük potensiala malik resursların təbii körpüsüdür. Lakin (QİƏT regionunda) münaqişələr iqtisadi əməkdaşlığın bütün potensialını istifadə etməyə mane olur. Ona görə də iclasın gündəliyi natamamdır və o qədər də ambisiyalı deyil", – deyə baş katib vurğulayıb.
A.Hacıyev onu da bildirib ki, regional və qlobal çağırışlar fonunda QİƏT orqanları səviyyəsində səyləri birləşdirməklə təşkilat modernləşdirilməlidir. Bu mənada baş katib vurğulayıb ki, əhəmiyyətli nəticələrin əldə olunmasında QİƏT-ə üzv dövlətlərin parlamentariləri xüsusi rol oynayırlar.