IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
4 Mart 2020 12:36
2 429
Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.
Fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi.
Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa mindirilərək hava limanına aparılıblar. Təxminən iki saat gözləyəndən sonra həmvətənlərimizə təyyarə reysinin ləğv olunduğu elan olunub.
Səbəb kimi isə BAMF-la İtaliyanın Miqrasiya İdarəsinin koronavirusa görə sığınacaq axtaranların göndərilməsinin qeyri-müəyyən vaxta ertələnməsi ilə bağlı anlaşma göstərilib.
İtaliya hökumətinin indiyə kimi açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə 2 263 nəfər koronavirusa yoluxub. Onlardan 79-u dünyasını dəyişib. Yunanıstandan sonra İtaliya da qaçqın və miqrant qəbulunu bir ay dayandırdığını elan edib.
23 Sentyabr 17:40
861
23 Sentyabr 16:46
840
23 Sentyabr 16:15
924