9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
6 Oktyabr 2020 12:02
1 736
ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbul etmək istədikləri qətnamənin heç bir əsası yoxdur.
Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər.
T.Gəncəliyev Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyə və bunun qarşısını almağa çağırıb: “Azərbaycan diasporuna müraciət edirəm ki, onlara qarşı etiraz məktubları göndərsinlər. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. 1165 saylı qətnamənin qəbul edilməsi ilə heç nəyə nail ola bilməyəcəklər. ABŞ Dağlıq Qarabağ və ətraf əraziləri Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu qətnamənin heç bir əsası yoxdur”.
12:12
49
11:22
420
11:04
441