9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
“Bu, Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da dərinləşməsinə şərait yaradacaq”
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
6 Noyabr 2020 10:14
2 114
Gürcüstanın “report.ge”, “interpressnews.ge”, “24news.ge” və “newsday.ge” informasiya portalları Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində, eləcə də döyüş bölgəsindən xeyli aralıda olan rayonlarını atəşə tutmasından yazır.
AZƏRTAC xəbər verir ki, məlumatlarda deyilir: “Ermənilər noyabrın 4-də və 5-də gecə saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədini atəşə tutub. Eyni zamanda, ermənilər Ermənistanın Berd, Çambaraq, Vardenis rayonlarındakı mövqelərdən Azərbaycan Ordusunun Tovuz, Gədəbəy və Daşkəsən və digər rayonların ərazilərində yerləşən mövqelərini atəşə tutub”.
Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan məlumatlarda Ermənistan tərəfindən atəşkəs rejimini pozulması və Azərbaycan rayonlarının atəşə tutulması barədə xəbər verilir.
KİV-lər müzəffər Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyi, düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilməsi barədə də oxuculara materiallar təqdim edirlər.
12:46
280
12:21
441
12:12
469