Qarabağda bərpa olunan irs: Azərbaycanın multikultural siyasəti dünya üçün nümunədir
Qida təhlükəsizliyində yeni dövr: rəqəmsal izləmə, beynəlxalq standartlar və sərt nəzarət
Azərbaycan mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb
Azərbaycançılıq məfkurəsi və azad olunmuş ərazilərdə yeni diplomatik reallıqlar
BRICS sammiti: İnkişaf etməkdə olan iqtisadiyyatlar alternativ qlobal çərçivələr axtarışındadır
17 Dekabr 2020 15:12
1 792
Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu.
Bunu Prezident İlham Əliyev dekabrın 17-də Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürümü bildirmək istəyirəm. Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib. Bizi hər zaman dəstəkləyib və Prezident, xarici işlər naziri və digər yüksək rütbəli məmurlar səviyyəsində bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və həqiqət bizim tərəfimizdədir. Eyni zamanda, biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir".
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA