Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
2 Aprel 2021 11:38
2 422
“Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil: “Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bil bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir? Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır”.
27 Mart 16:52
1 057
27 Mart 11:53
1 358
27 Mart 11:39
1 470