“Ermənistana verdiyi mesajlardan aydın olur ki...” Siyasət

“Ermənistana verdiyi mesajlardan aydın olur ki...”

Məhəmməd Əsəsdullazadə: “Dövlət başçısı sərhəd məsələsində bir qarış torpaq güzəştə getməyəcək”

“Prezident İlham Əliyevin Ağdama səfəri və verdiyi mesajlar aşağıdakı kimi qiymətləndirmək olar. Birincisi, Azərbaycanın hazırda regionda siyasi-hərbi və iqtisadi rolu artmaqdadır və ölkəmizə qarşı təzyiqlərə baxmayaq tərəfdaş ölkələrə yei layihələr həyata keçiriləcək. Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsəsdullazadə deyib. O, bildirib ki,
ikincisi, işğal olunmuş ərazilərdə və Ermənistanla dövlət sərhəddində Azərbaycan təhlükəsizliyini gücləndirəcək, həmçinin əhalinin məskunlaşdırılması tezləşdiriləcək: “Məhz müharibədən dərhal sonra Füzuli aeroportunun təməlini qoyulması xüsusi mesaj idi.
Üçüncü, Ermənistana verdiyi mesajlardan aydın olur ki, dövlət başçısı sərhəd məsələsində bir qarış torpaq güzəştə getməyəcək və dəhlizin açılmasını reallaşdıracaq.
Dörüdüncü, Ermənistanla dövət sərhəddində bu ölkənin silahlı və terrorçu təxrinatlarıan qarşı əzici mövqe ortaya qoyacağını elan etdi. Məhz Ağdamda prezidentin bu mesajından sonra Nikol Paşinyan bir gölə görə Azərbaycanla müharibə aparmayacağını və Zəngəzur dəhlizinin açılmasının Ermənistanın da maraqlarına cavab verdiyini dedi.
İşğaldan azad olunmuş ərazilərdə birinci olaraq Ağdamda ilk infrasturukturun və şəhərin salınması, əhalinin məhz bura köçürülməsini siyasi əhəmiyyəti var. Ağdam Qarabağın mərkəzində yerləşir və əhalini buraya köçürməklə ermənilər üzərində siyasi-pxsixoloji təzyiq ediləcək. Həmçinin buradan Qarabağın digər ərazilərində işlərin sürətləndirilməsi üçün koordinasiya yaradılacaq.
Göründüyü kimi Qarabdağda gözlədiyimizdən də tez bir zamanda əhalinin məskunlaşdırılması rellaşacaq. Çünki, vaxt itirmək və gecikmək əleyhimizə işləyə bilər. Demoqrafiq vəziyyəti leyhimizə dəyişib, Xocavəndin kəndlərinə, Hadrut və Şuşaya əhalini yerləşdirməklə ermənilər tədricən Qarabağı tərk etməyə məcbur olacaqlar”.

Əli Zülfüqaroğlu