Azərbaycan cəmiyyəti AMEA-dan mühüm elmi nailiyyətlər gözləyir - Rauf Əliyev Siyasət

Azərbaycan cəmiyyəti AMEA-dan mühüm elmi nailiyyətlər gözləyir - Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunmuş və inkişaf prosesləri davam edir. Son illərdə ölkəmizdə sənayedə, o cümlədən qeyri-neft sənayesində, kənd təsərrüfatında və digər sahələrdə yüksək nəticələr əldə olunmuşdur. Ölkəmizin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəhəng layihələr həyata keçirilmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə çox mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ölkə qanunvericiliyinin inkişaf etdirilməsi, mövcud qanunvericiliyin təkmillləşdirilməsi istiqamərində xeyli iş görülmüşdür. Bir sözlə ölkəmizdə hər bir dövlət qurumu çalışır ki, onların qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirsin. Əksər dövlət qurumları bu işin öhdəsindən layiqincə gəlirlər.

Son zamanlar AMEA və onun prezidenti Ramiz Mehdiyev ətrafında baş verən qalmaqallar səngimək bilmir. Elm adamlarının, ziyalıların və bir-neçə Millət vəkilinin AMEA-nın fəaliyyəti ilə bağlı obyektiv tənqidə AMEA-nın mətbuat xidmətində yayılan cavablar vəziyyəti daha da gərginləşdirmişdir.

AMEA yarandığı gündən bəri Azərbaycan elminin inkişafında, onun təşkilində böyük rol oynamışdır.

Çox təssüflər olsun ki, son zamanlar baş verənlər AMEA-nın nəcib ənənələrinə kölgə salmaqdadır. Elmlər Akademiyası Azərbaycanda həyata keçirilən və bütün sahələri əhatə edən dərin sosial-itisadi islaharlara elmi cəhətdən dəsdək vermək əvəzinə, Akademiyanın işini müasir tələblər səviyyəsində qurmaq əvəzinə bu elm ocağı bir intiriqa yuvasına çevrilmişdir.

AMEA-nin fəaliyyətini tənqid edənlərə bu qurumun mətbuat xidmətinin verdiyi cavabda deptatlara qarşı hörmətsizlik ifadə olunur. Bu qəti surətdə qəbul edilməzdir. Hər bir deputatın seçildiyi seçki dairəsində ona səsə verən 30-40 min seçicisi var. Bu tipli açıqlamalar deputatlarla bərabər eyni zamanda onların seçicilərinə də hörmətsizlikdir. Sual olunur nə vaxtdan bəri Elmlər Akademiyasının mətbuat xidməti siyasi məsələlərlə məşğul olur, Milli Məclisin, siyasi partiyaların işini qiymətləndirir? Əlbət də hər bir dövlət qurumu kimi , Milli Məclisin də fəaliyyəti tənqid edilə bilinər. Belə çıxır ki, doğrudan da Elmlər Akademiyası əsas vəzifəsi olan elmin təşkil və inkişaf etdirilməsi əvəzinə digər məsələlərlə məşğul olur.

Yadda saxlamaq lazımdır ki, xaricdə fəaliyyət göstərən anti-azərbaycan qüvvələr tərəfindən dövlətimizin və xalqımızın ünvanına yönəlmiş ən çirkin böhtan və təhqi kampaniyaları davam edir. Sürətli olaraq “Azərbaycanda avtoritarizmdir, diktaturadır” deyənlər əslində Azərbaycan xalqına, dövlətinə nifrət edənlərdir. Bu vətən xainləri dünyada fəaliyyət göstərən anti-azərbaycan qüvvələrin maraqlarının təminatı, qorunması və təbliğatı, bu qüvvələrin göstərişlərinə əməl etməyən hakimiyyətlərə qarşı hibrid informasiya savaşının iştirakçılarıdır. Sosial şəbəkələrdə “Orduxan Teymurxan Bəbirov” və “Sevinc Osmanqızı” kimi tanınan “bloqer”lərin fəaliyyəti, YouTube və Facebook-dakı paylaşımları, çıxışları, çanlı yayımları, müsahibələri- bir sözlə “çəxşaxəli fəaliyyət”ləri əsla müstəqil deyil, yuxarıda qeyd olunan güc mərkəzlərinin əlində çirkin bir alətə çevrilmişlər.

AMEA Azərbaycanda gedən sürətli inkişaf proseslərində geridə qalıb. Bu elm ocağının təmamilə yenilənməsi lazımdır. Bu gün ölkəmizdə bütün sahələri əhatə edən geniş və dərin islahatlat həyata keçirilir. Azərbaycan xalqı öz mədəni, ictimai, hümahitar həyatının bütün sahələrində böyük nəaliyyətlərə və yeniliklərə imza atıb. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində işğal altında olmuş torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. Bütün bu baş vermiş mühüm hadisələr Azərbaycan elminin də inkişafına yeni stimullar gətirməlidir. Ona görə də AMEA-dan özünün rəsmi funksiyalarının tam şəkildə yerinə yetiriməsini gözləyirik. Akademiyada müasir çağrışlara cavab verən elmi fəaliyyət üçün şərait yaradılmalı, dərin islahatlar aparılmalıdır. AMEA Azərbaycanda gedən sürətli, hərtərəfli inkişaf prosesidə öz yerini tutmalı və elmi potensialımızın artırılmasında öz sözünü deməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək Vətən müharibəsində mənfur düşmən üzərində tarixi Qələbə qazandı. Müharibə dövründə cəmiyyətin bütün təbəqələri cənab Prezident ətrafında sıx birləşərək tariximizdə heç vaxt olmayan bir həmrəylik nümayiş etdirdi. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası və inkişaf etdirilməsi üzrə iri miqyaslı Layihələr və Proqramlar həyata keçirilir. Yadda saxlamaq lazımdır ki, düşmən məğlub olsa da hələ sülh müqaviləsi bağlamağa tələsmir. Cənab Prezidentin qeyd etdiyi kimi erməni faşizmi məğlub edilib, ancaq məhf edilməyib. Ona görə də Azərbaycan cəmiyyətinin bütün təbəqələri Vətən müharibəsi zamanı əldə olunan həmrəyliyi, xalq-iqtidar birliyini qoruyub saxlayaraq hər bir şəxs öz iş yerində faəliyyətləri ilə dövlətimizin daha da mğhkəmlənməsinə xidmət etməlidirlər.

Rauf Əliyev

Milli Məclisin deputatı