1918-1920-ci illər soyqırımı: faktlar nə deyir? Layihə

1918-1920-ci illər soyqırımı: faktlar nə deyir?

Ermənilərin 1918-1920-ci illərdə Azərbaycanda törətdikləri dəhşətli soyqırımlarla bağlı faktlar qandondurandır; bu gün dünyaya "erməni soyqırımı" ilə bağlı car çəkən, ağlayan ermənilərin bu hərəkətləri insansızlığın, yırtıcılığın təsdiqidir. Faktlara diqqət yetirək.
* 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında - Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50.000 azərbaycanlını (Azərbaycan türkünü – red.) qətlə yetirib, evlər qarət edilib, on minlərlə şəxs evlərindən qovulub. Təkcə Bakıda 30.000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7.000 nəfər öldürülüb. Onlardan 1.653-ü qadın, 965-i uşaq olub. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib.
* 19 dekabr 1918-ci il: daşnak terrorçuları Zəngəzurun Nüvədi kəndinə basqın edərək qətliam törədiblər. Yataq xəstəsi Əsəd bəy Abbasovun sinəsinə süngü sancıblar. Kənddən çıxıb qaçmaq istəyən qadın və uşaqların ələ keçəninin başlarını kəsiblər;
* 20 dekabr 1918-ci il: daşnak terrorçuları Zəngəzurun Qarçıvan kəndinə basqın edirlər. 100 nəfər Azərbaycan türkünü arvadlı, uşaqlı qətlə yetiriblər;
* 20 dekabr 1918-ci il: daşnak terrorçuları Zəngəzurun Deştahad, Fərəcan kəndlərinə basqın ediblər. Həmin kəndlərdə on beş nəfər dinc sakini qətlə yetiriblər;
* 29 dekabr 1918-ci il: daşnak terrorçuları Zəngəzurun Qaraçimən və Xaştab kəndlərinə basqın ediblər. Qaraçimən kəndində yeddi, Xaştab kəndində isə bir nəfər dinc sakin qətlə yetirilib;
* 30 dekabr 1918-ci il: daşnak terrorçuları Pilimyanin və Nişanyanın başçılığı altında Basarkeçər və onun ətraf kəndlərinə basqın ediblər. Həmin kəndlərdə sayı qeydə alınmayan qətllər törədiblər, 1300 baş davarı sürüb aparıblar;
* 30 dekabr 1918-ci il: daşnak terror qrupu Zəngəzurun Bollaraçür kəndinə basqın edir. Bir nəfər sakin qətlə yetirilir, iki nəfər isə güllə yarası alır;
* 31 dekabr 1918-ci il: Qarakənddə məskən salmış daşnak terrorçuları Ağdam-Qaryagin telefon xəttini sıradan çıxarır, iki nəfər Azərbaycan türkünü qətlə yetirirlər;
* 31 dekabr 1918-ci il: daşnak terrorçuları Cavanşir qəzasının Qarapirim kəndinə basqın edirlər. Cəmşidbəy Vəlibəyovun 1350 baş qoyun sürüsünü və at ilxısını qarət edib aparırlar;
* 31 dekabr 1918-ci il: Cavanşir qəzasının Dovşanlı kəndində məskən salmış daşnak terrorçuları kənddəki 135 azərbaycanlı evini mühasirəyə alaraq onları tərk-silah edib, bundan sonra mal-qaralarını və ev əşyalarını qarət etməyə başlayıblar. Ev-eşiyindən didərgin düşən qaçqınlar sonralar Boyəhmədli, Kəngərli, Tarnaut kəndlərinə sığınıb qalıblar;
* 01 yanvar 1919-cu il: Qarakənddə məskən salmış daşnak terror qrupu Ağdam-Qaryagin yolunda biçarə qaçqınlara basqın ediblər. Sayı qeydə alınmayan qətliamlar törədiblər;
* 03 yanvar 1919-cu il: daşnak terrorçuları Zəngəzurun Qatar kəndinə basqın edib, kənd əhalisini yurd-yuvasından didərgin salıblar. Sayı qeydə alınmayan qətliam törədiblər. Məşədi Qələndər kişini camaatın gözü qabağında üstünə neft töküb diri-diri yandırıblar. Kərbəlayi Allahverdinin isə başını kəsərək qətlə yetiriblər;
* 06 yanvar 1919-cu il: Andronikin daşnak terror qrupu Zəngəzurun Rəzdərə, Əsgərli və Vəlili kəndlərinə basqın etmiş, kəndlər yerlə yeksan edilmiş, həmlədən qaçıb canını qurtara bilməyən əhali yaşından və cinsindən asılı olmayaraq bütünlüklə məhv edilmişdi;
Qeyd: Ümumiyyətlə, 1917-ci ilin dekabrından 1918-ci ilin sentyabrınadək Tayqulaq Andronik, Dro, Nijde başda olmaqla daşnak terror qrupları tərəfindən Zəngəzurun 115 kəndi yerlə yeksan olunmuş, 2276 qadın, 2196 uşaq daxil olmaqla 10.068 nəfər Azərbaycan türkü məhv edilmiş, sağ qalan əhali yurd-yuvasından didərgin salınmışdı;
* 08 yanvar 1919-cu il: daşnak terror qrupları Zəngəzur qəzasının Quşçulu, Hacılar, Ərkötü, Ağsallı, Sağarcalan, Açaquz, Oxçu kəndlərinə basqın etmişlər. Sayı qeydə alınmayan qətllər törədiblər;
* 24 yanvar 1919-cu il: Göyçə mahalının Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetiriblər;
* 28 yanvar 1919-cu il: daşnak terror qrupu Zəngəzurun Zoğal kəndinə basqın edir. Terrorçular tərəfindən 15 Azərbaycan türkü qətlə yetirilir, kənd tamamilə dağıdılır;
* 30 yanvar 1919-cu il: daşnak terror birləşmələri Kəvər mahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivənd, Ağzıbir kəndlərinə soxulmuş, əhalini kəndlərdən didərgin salmışlar. Təqiblər nəticəsində əhali yayda belə başı qarla örtülü olan Ağmangan dağının yuxarılarında mühasirədə saxlayıb, üç min nəfər dinc sakin donaraq məhv olub. Hücum zamanı ələ keçirdikləri Əfəndi kənd sakini İbrahim Hacıhüseyn oğlunun gözlərini çıxarmış, sonra da diri-diri yandırıblar;
* 02 fevral 1919-cu il: daşnak terrorçuları Pilimyan və Hişanyanın başçılıq etdikləri daşnak dəstələri Göyçənin Qızıl Vəng, Subasan, Zağalı kəndlərini yandırıb dağıtmış, əhalisini bütövlükdə məhv ediblər;
* 05 fevral 1919-cu il: Göyçə mahalının Daşkənd oymağından olan el sənətkarı Aşıq Nəcəf daşnaklar tərəfindən girov götürülüb. Onu 2 gün ac-susuz çalıb-oxumağa məcbur ediblər. Sonra isə Aşıq Nəcəf Çaxırlı kəndi ilə Basarkeçər kəndləri arasındakı Kültəpə adlanan yerdə ağır işgəncə ilə qətlə yetirilib. Belə ki, onun kürəyinə qaynar samovar bağlayaraq küləyin əks istiqamətində qaçmağa məcbur ediblər;
* 05 fevral 1919-cu il: daşnak terror qrupu Göyçənin Şorça kəndinə basqın etmişlər. Kənddəki bütün kişilər qılıncdan keçirilmiş, uşaqları isə təndirlərə atmışlar. 8 seçmə qadını isə kənddən aparıb 20 gün saxlayıblar, şərəflərinə toxunduqdan sonra buraxıblar;
* İlaxır çərşənbə, 1919-cu il: polkovnik Hələbyanın başçılıq etdiyi daşnak terror qrupu Göyçə mahalının Şişqaya kəndində xüsusi qəddarlıq aktı törədib, 640 nəfər dinc, əliyalın kənd sakinini od çatıb ətrafında dövrə vurdurduqları tonqala atıb yandırıblar; * 13 aprel 1919-cu il: Tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, İnəkdağ və ətraf kəndlərə basqın edib, əhalisini yurd-yuvasından didərgin salıblar. Söyüdlü aşırımından Kəlbəcər üzə aşmağa can atan 400 ailə qara, çovğuna düşərək Sümüktökülən dərədə kütləvi şəkildə donvurmadan məhv olublar;
* Yanvar-dekabr 1919-cu il: Daşnak terror qrupları Naxçıvan qəzasında kütləvi terror aktları törətmiş, 4000 nəfər əliyalın, dinc Azərbaycan türkünü qətlə yetiriblər;
* 04 iyun 1919-cu il: daşnak terror qrupu Şuşa ətrafındakı Üçmıxlar kəndində yerləşən milli ordu əsgərlərindən ibarət bölməyə basqın edib, 3 nəfəri qətlə yetirib, 4 nəfəri isə yaralayıblar;
* 17 iyun 1919-cu il: daşnak Aşot Məlik Mosesyanın terrorçu dəstəsi Ordubad şəhərinə basqın edir. Şəhərdə yaşayan erməni daşnakları da onun dəstəsinə qoşularaq şəhərdə sayı qeydə alınmayan qətllər törədirlər;
* 19 iyun 1919-cu il: Şuşanın Xanbağı kəndinə basqın edən daşnak terrorçuları iki nəfər günahsız Azərbaycan türkünü qətlə yetiriblər;
* 4 iyul 1919-cu il: daşnak terrorçusu Sasenin başçılıq etdiyi quldur dəstələri Böyük Vediyə basqın edirlər. Sayı qeydə alınmayan çoxsaylı insan tələfatı törədirlər;
* 16 iyul 1919-cu il: daşnak terror qrupu böyük Vedi kəndinə ikinci dəfə basqın edir. Sayı qeydə alınmayan qətllər törədirlər;
* 25 iyul 1919-cu il: daşnak terrorçuları Gümrü şəhərində sayı qeydə alınmayan qətllər törədirlər;
* 29-30 iyul 1919-cu il: daşnak terror qrupları Gərnibasarın Xaştab, Ağbaşyamaclar, Qocansura, Hacı Qurbanlar, Atgöz, Dəhla, Qurqərqə kəndlərinə basqın etmişlər. Həmin kəndlərdə 300 ev dağıdılıb, 58 qadın və uşaq vəhşiliklə qətlə yetirilib;
* 15 avqust 1919-cu il: daşnak terrorçuları Naxçıvan qəzasında üç kəndli ailəsini məhv ediblər;
* 28 avqust 1919-cu il: daşnak terrorçuları Vedibasarın Şahablı kəndində amansız türk qətliamı törədiblər. Kənddə bütün kişiləri qırırlar, uşaqları təndirlərə atırlar. Qadınları qılıncdan keçirirlər. Namuslarına təcavüz etmək üçün gözəgəlimli səkkiz qadını isə özləri ilə aparırlar;
* 19 sentyabr 1919-cu il: daşnak terrorçuları Cəbrayıl qəzası ərazisində terror aktı törətmişlər. Üç çobanı öldürərək (birinin başını kəsmişlər) mal-qara sürüsünü çəkib aparıblar;
* 20-25 noyabr 1919-cu il: daşnak terrorçusu Dronun rəhbərlik etdiyi nizami daşnak terror qrupları Sürməlidə 60, Zəngəzurda 40 kəndi yerlə yeksan ediblər. Həmin kəndlərin sağ olan əhalisi isti ocaqlarından, dədə-baba yurdlarından didərgin salınıblar;
* 05 dekabr 1919-cu il: daşnak terror qrupları Vedibasarın 10 kəndinə kütləvi şəkildə basqın ediblər. Sayı qeydə alınmayan xeyli adam qətlə yetirilib, 100 qadın əsir aparılıb;
* 8 dekabr 1919-cu il: daşnak terror qrupu Cəbrayıl qəzasının Arış kəndinə basqın edir. Əhalini atəşə tutub qoyun sürülərini çəkib aparırlar;
* 19 dekabr 1919-cu il: daşnak terrorçuları daşnakların sərt təqiblərindən xilas olmaq üçün İrəvanda təşkil edilmiş "Müdafieyi-məzluman" qrupunun üzvü Hüseynağa Şahtaxtinskini qətlə yetiriblər;
* 20 dekabr 1919-cu il: daşnak terror qrupu Zəngibasarın Kolanı kəndinə basqın edir. Sayı qeydə alınmayan qətl hadisəsi törədirlər. Kənd əhalisi yurd-yuvasından didərgin salınır.
* 21 dekabr 1919-cu il: daşnak terror qrupu Zəngibasarın Qarğabazar kəndinə basqın edirlər. Kənd tamamilə dağıdılır, evlər yerlə yeksan edilir. Sayı qeydə alınmayan qətllər törədirlər…

Uğur