Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
18 Noyabr 2024 16:35
3 675
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 188 937,3 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,2% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 177 975,2 min nəfər təşkil edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
12 Dekabr 17:57
1 064
12 Dekabr 17:51
952
12 Dekabr 17:35
1 001