Abbas Lisani ilə milli-mədəni fəalların növbəti görüşü keçirilib Güney Azərbaycan

Abbas Lisani ilə milli-mədəni fəalların növbəti görüşü keçirilib

İki həftədir Güney Azərbaycanın milli-mədəni fəallarının Abbas bəylə görüşləri davam edir.

İki həftədir Güney Azərbaycanın milli-mədəni fəallarının Abbas bəylə görüşlərinin davamında fevralın 25-də Ərdəbilin tanınmış milli-mədəni fəallarının bir qrupu siyasi məhbusla növbəti görüş keçiriblər.

Görüşdə Güney Azərbaycanda cari durum, Ümumdünya Ana Dili Günü ilə bağlı keçirilən mədəni aksiyalar və başqa məsələlərdən danışılıb.

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

Gunaz.tv